AMEA-nın Folklor İnstitutu, Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə IV Beynəlxalq Dədə Qorqud türk mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı keçirilib.
Onlayn formatda təşkil olunan konfransı AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri və eyniadlı dərginin baş redaktoru filologiya elmləri doktoru Ramazan Qafarlı açaraq tədbirin ortaq tariximizin zəfərlərlə dolu olan bir çağında keçirildiyini söyləyib. O bildirib ki, dünya tarixinin son 1500 illik çağında türk ən aparıcı qüvvə olsa da, bir əlində qılınc, bir əlində “Qurani-Kərim” tutub, ədalətin, barışın, haqqın müdafiəsində dursa da, daim mənfur qonşuları tərəfindən xəyanətlə rastlaşıb. Türkün döyüş ruhunu əks yöndə ifşa edənlər onun haqqında yalançı tayfa mifi yaradıb geniş arealda yaymış və dahi Nizaminin dediyi kimi, “taxt-tacı ədalət üstündə qurulan” ulu xalqı gözdən salmağa can atıblar. Ancaq mədəni dünya hər zaman ulu türkün döyüşkənliyi ilə yanaşı, maddi-mənəvi abidələr yaratmaqda da yer üzündə məskunlaşan heç bir xalqdan geri qalmadığının, bəzən daha üstün mövqedə dayandığının şahidi olub.
R.Qafarlı Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun bölmə rəhbəri professor Mətin Əkicinin konfransın əsas tərəfdaşlarından biri olduğunu qeyd edib, alimin “Koroğlu” və Dədə Qorqud eposlarının yorulmaz araşdırıcısı kimi çoxçeşidli elmi-pedaqoji və ictimai fəaliyyətini, eləcə də “Koroğlu” eposunun dünya xalqları arasında mövcud olan variantlarını müqayisəli şəkildə araşdırmasını və onun səyi nəticəsində Dədə Qorqudun İranda tapılan yeni əlyazmasının elmi dövriyyəyə təqdimini yüksək qiymətləndirib.
Professor Mətin Əkici çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığının qeyri-maddi mədəni irsə verdiyi dəyərin əhəmiyyətindən bəhs edib. O, “Kitabi-Dədə Qorqud”un və Qorqud ata hekayələrinin bu gün əlimizə üç nüsxə şəklində gəlib çatdığını vurğulayıb, dastanda istifadə edilən dilin türk millətinin ruhunu canlandırdığını diqqətə çatdırıb.
Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru Nizami Muradoğlu çıxış edərək Dədə Qorqudun oğuz xalqlarının milli kimliyinin, keçmişinin, bugününün və gələcəyinin kitabı olduğunu və hər gələn nəslin bu kitabda yeniliklər tapacağını vurğulayıblar. Bildirilib ki, “Kitabi-Dədə Qorqud”, həmçinin türk xalqlarının ədəbiyyatını, hərb və dövlətçilik tarixini öyrənmək baxımından əvəzedilməz mənbədir.
Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun Azərbaycan təmsilçisi Əlvan Cəfərli iştirakçılara və konfransın fəaliyyətinə uğurlar arzulayıb.
Sonra işini üç bölmədə davam etdirən konfransda 30-a yaxın məruzə dinlənilib. Konfrans iştirakçıları sertifikatla təltif ediliblər.
Tehsil-press.az