ADA Universitetinin 2020-ci il üçün son nəşri yayımlanıb.
Kitab tanınmış filoloq alim, akademik Kamal Abdullanın müəllifliyi ilə “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” onun tərəfindən universitetin “Azərbaycanşünaslıq” kursunda oxunan mühazirələr əsasında yazılıb. Nəşrdə Azərbaycan, azərbaycançılıq və azərbaycanşünaslıq anlayışları, azərbaycançılığın bir məfkurə, siyasi hərəkat, mənəvi məkan kimi əhəmiyyətindən söhbət açılır, Azərbaycanın intibah və maarifçilik kimi tarixi dönəmlərdə bəşəriyyətə verdiyi töhfələr, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin banisi kimi rolu işıqlandırılır. Ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı tədqiqatçısı Kamal Abdulla bu nəşrdə Azərbaycanın multikulturallıq modelinin dastandakı izlərini araşdırır, milli-mənəvi dəyərlərimizi qlobal dəyərlər fonunda qiymətləndirərək gənc nəsli dastanı öyrənməklə dünya ilə adekvat münasibətlər qurmağa çağırır. Kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq” məfkurəsinin tədrisində dəyərli vəsait kimi istifadə edilə bilər.
ADA Universitetinin rektoru Hafiz Paşayev kitabın giriş sözündə bildirir ki, azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi də qəbul oluna bilər və beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı, daha təkmil mədəniyyətlərarası ünsiyyətin vacibliyini də qarşımıza qoyub. Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” bizi linqvistikadan daha geniş sahələrə yönəldir - qərarlarımızı milli kimliyimizi anlayıb tarix və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib formalaşdırmalı və dünya ilə ünsiyyət qurmalıyıq.
“Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı” kitabı ADA Universitetinin daha bir elmi-intellektual məhsulu kimi “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib.
Tehsil-press.az