Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan xalqının, mənəvi dünyamızın ən qiymətli sərvəti olan ədəbiyyatımıza, mədəniyyətimizə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından söhbət açılıb. Çıxış edənlər dünya şöhrətli ictimai-siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, aşıq sənətinə, folklora daim qayğı ilə yanaşdığını, alimlərimizin, yazıçı və klassiklərimizin yubileylərinin qeyd edilməsinə böyük diqqət göstərdiyini bildiriblər.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov ulu öndər Heydər Əliyevin tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza daim yüksək qiymət verdiyini qeyd edib.
Vurğulanıb ki, Ulu Öndərin müvafiq sərəncamına əsasən, 1998-ci ildə Azərbaycan xalqının tarixini, milli köklərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi dünya səviyyəsində qeyd edilib, 2003-cü ildə AMEA-nın Folklor İnstitutu yaradılıb. Ümummilli Liderin mədəniyyət, ədəbiyyat sahəsində apardığı siyasət bu gün də davam etdirilir. Hazırda bu sahədə çalışan insanlar qayğı ilə əhatə olunublar. Mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanınır. Belə ki, Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Konfransda Ulu Öndərin Azərbaycanın zəngin folklor nümunələrinin qorunub saxlanması və inkişaf etdirilməsinə diqqət və qayğısından bəhs edən məruzələr dinlənilib.
Kəmalə Rəhimli