ADU-da “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib

ADU-da “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib Azərbaycan Dillər Unversitetində (ADU) Müqayisəli folklor və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyalarının birgə təşkilatçılığı ilə “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib. “Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” layihəsi çərçivəsində keçirilən dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov orta əsr dastanlarında oxşar və fərqli cəhətlər, epik zaman və məkan anlayışlarından danışıb: “Orta əsr dastanları poetik məsələlər, mifoloji qatlar və digər xüsusiyyətlər baxımından bir-biri ilə həddindən artıq səsləşir. Bu səsləşmənin ən vacib şərtlərindən biri dünya qəhrəmanlıq eposunun dövlətçilik təfəkkürü ilə bağlı olmasıdır”. Akademik daha sonra “Roland haqqında nəğmə” və “Kitabi Dədə Qorqud” dastanlarının da obraz, sujet xətti və mifoloji yanaşma baxımından oxşar tərəfləri olduğunu vurğulayıb.
Müqayisəli folklor ETL-in müdiri, dosent Həmidə Əliyeva “Roland haqqında nəğmə” eposunun kompozisiyası, obrazları və onun orta əsr dastanları ilə oxşar cəhətləri haqqında geniş məlumat verib. O, bildirib ki, “Roland haqqında nəğmə” Fransa kralının jesti” silsiləsinə daxil olan ən böyük və parlaq poemadır. 4002 şeirdən ibarət olan poemanın 9 müxtəlif variantı mövcuddur.
Dəyirmi masa müzakirələrlə davam edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib

ADU-da “Kitabi Dədə Qorqud” və “Roland haqqında nəğmə” eposunun kulturoloji aspektləri mövzusunda dəyimi masa keçirilib

Oxşar xəbərlər