Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən Prezident təqaüdçülərinin sayı son dörd ildə 18 dəfə artıb.
2014/2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı bir nəfər olduğu halda, 2018/2019-cu tədris ilində bu göstərici 18-ə yüksəlib. İkinci ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 75 faizi məhz UNEC-ə üstünlük verib.
Qeyd edək ki, UNEC-ə qəbul olunan birinci kurs tələbələrinin sayı ölkə üzrə təqribən səkkiz faiz təşkil edib. Ölkə üzrə Prezident təqaüdçülərinin, demək olar ki, 18 faizi UNEC-in payına düşüb.
Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında Prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.

UNEC-in Mətbuat Xidməti