Rektor UNEC-i yüksək balla bitirən məzunla görüşüb

Rektor UNEC-i yüksək balla bitirən məzunla görüşüb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) məzunu Aydan Hüseynova 99.57 bal toplayaraq məzunlar arasında ümumi orta müvəffəqiyyət göstəricisinə görə birinci olub.
Rektor Ədalət Muradov Aydan Hüseynova ilə görüşərək, onu ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib. Rektor ona gələcək fəaliyyətində uğurlar arzulayıb, Vətəninə, xalqına layiqli vətəndaş olmağı, harada təhsil almasından və çalışmasından asılı olmayaraq ölkəsini layiqincə təmsil etməyi tövsiyə edib.
Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran A.Hüseynova UNEC məzunu olması ilə qürur duyduğunu ifadə edib, doğma universitetinə, müəllimlərinə minnətdarlığını bildirib.
Sonra A.Hüseynovaya 2020/2021-ci tədris ilində UNEC-in ən yüksək bal toplayan məzunu olduğu üçün plaket təqdim olunub.
658 balla Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) maliyyə ixtisasına qəbul olan Aydan Hüseynova tələbəlik dövründə 4 dəfə UNEC-in TOP 15 təqaüdünü qazanıb. O, “Mövlana” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Universitetin ənənəsinə uyğun olaraq, Aydan Hüseynovanın adı ən yüksək bal topladığına görə UNEC-in fəxri daşına həkk edilib.

Tehsil-press.az

Oxşar xəbərlər