Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçdi

Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçdi Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üçün keçirdiyi qəbul imtahanında Əbil Şəfiyev 697.1 bal toplayaraq ən yüksək nəticə əldə edib.
Birinci ixtisas qrupu üzrə imtahan verərək o, topladığı ən yüksək balla Bakı Ali Neft Məktəbini (BANM) seçdi.
Ə.Şəfiyev bu ali məktəbin kimya mühəndisliyi ixtisasına qəbul olub.
Əbil Şəfiyev 2004-cü il martın 29-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildən Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün olan ailəsi Sumqayıtda məskunlaşıb. Ə.Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.

Tehsil-press.az



Oxşar xəbərlər