Təhsil nazirinin müavinləri tərəfindən vətəndaşların qəbulu onlayn formatda keçiriləcək

Təhsil nazirinin müavinləri tərəfindən vətəndaşların qəbulu onlayn formatda keçiriləcək Təhsil Nazirliyində vətəndaşların qəbulu sahəsində əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə təhsil nazirinin müavinləri tərəfindən vətəndaşların qəbulu onlayn formatda keçiriləcək.
Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar elektron müraciət vasitəsilə (https://edu.gov.az/contact_us) nazir müavinlərinin videoqəbuluna yazıla bilərlər. Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Əlaqə” hissəsindən “Elektron müraciət” bölməsinə daxil olaraq müraciətin mövzusunu “Videoqəbul” seçməklə videoqəbulda iştirak etmək mümkündür. Bununla yanaşı, Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna zəng edərək, həmçinin (+994) 51 206 78 48 vatsap nömrəsi üzərindən də qəbula yazılmaq olar.
Videoqəbulların təşkilində məqsəd vətəndaşların rahatlığının təmin olunması, onlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsidir.
Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci il noyabrın 1-dək fəaliyyətini dayandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər