BMT Baş Assambleyasının 76-cı sessiyasının açılışı oldu

BMT Baş Assambleyasının 76-cı sessiyasının açılışı oldu BMT Baş Assambleyasının 76-cı sessiyası Nyu-Yorkda öz işinə başlayıb.
Sessiyanın əvvəlində BMT Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edəcək. Sədrlik səlahiyyəti Maldiv nümayəndəsi Abdulla şahidə keçib. Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.
Sentyabrın 21-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayacaq və bu müddət ərzində bir sıra ölkənin liderləri, hökumət başçıları və nazirlər Nyu-Yorka gedəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər