Ermənistanda həkimlər Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib.
Həkimlər hazırda həbsdə olan “Ermənistan” fraksiyasının üzvü, professor Armen Çarçyana dəstək məqsədilə etiraz edirlər.
Həkimlər Çarçyanın ağır xəstə olduğunu və həbsdə qaldıqca vəziyyətinin daha da pisləşdiyini bildirirlər.
Aksiya iştirakçıları qeyd ediblər ki, Çarçyan insulindən asılı diabet xəstəliyindən əziyyət çəkir və bu gündən onda diabetik retinopatiya başlayıb. Bu isə öz növbəsində şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından biri hesab olunur və görmənin tamamilə itirilməsinə səbəb olur.
Qeyd edək ki, A. Çarçyan iyunun 20-də ölkədə keçirilən parlament seçkiləri zamanı direktoru olduğu “İzmirlyan” Tibb Mərkəzinin işçilərini səsvermədə iştirak etməyə məcbur etdiyində təqsirli bilinərək iyunun 23-ü həbs olunub.
Tehsil-press.az