Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri mükafatlandırılıb

Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri mükafatlandırılıb Bakı Xoreoqrafiya Akademiyasında tam orta təhsil pilləsində çalışan, yaşı 65-ə çatmış, təqaüdə göndərilən müəllimlərin və akademiyada işləyən yubilyarların əməyinin dəyərləndirilməsinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri akademiyanın Tədris işləri üzrə prorektoru, eyni zamanda, rektoru vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli açaraq, təqaüd yaşına çatmış müəllimlərin əvəzsiz xidmətlərindən danışıb, onlara cansağlığı arzulayıb.
Akademiyanın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova pedaqoji fəaliyyəti dövründə təhsil müəssisəsi kollektivinin, tələbə və şagirdlərin sevgisini qazanmış, gənc nəslə öz nümunəvi hərəkət və davranışları ilə örnək olan müəllimlərdən söz açıb, onların tələbə və müəllim heyətinin yaddaşında əbədi qalacağını vurğulayıb.
Sonra təhsil sahəsində xidmətlərinə görə Zemfira Rüstəmova, Rəqiyyə Əliyeva,
Canetta Kazımzadə və Qəmayıl Şərifova təşəkkürnamə ilə təltif ediliblər.
Daha sonra akademiyada çalışdığı sahədə illər ərzində peşəkarlıq nümayiş etdirdiyi nəzərə alınaraq, akademiyanın müəllim və əməkdaşları - Süsən Əkbərova, Leyli Kərimova, Sevda Şirinova, Cəmilə Kərimova, Laura Gözəlova, Fəzilə Məmmədova, Tamara Qasımova və Fəridə Mikayılzadəyə yubileyləri münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi tərəfindən təşəkkürnamə, fəxri fərman və hədiyyələr təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər