Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Almaszadənin anadan olmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli, bədii rəhbər Nailə Məmmədzadə, Xalq artisti Roza Cəlilova, Əməkdar incəsənət xadimi Rima Məmmədova və digərləri çıxış ediblər.
Qeyd olunub ki, milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən bənzərsiz obrazlar yaradıb.
Vurğulanıb ki, Qəmər Almaszadənin Avropa, rus klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının balet əsərlərində təkrarolunmaz ifa tərzi ilə yüksək peşəkarlıq səviyyəsində yaratdığı əsrarəngiz, dolğun səhnə obrazları əsl sənət nümunələridir. Onun ifa etdiyi mürəkkəb partiyalar xalqımızın hafizəsində dərin iz buraxıb.
Tədbirdə, həmçinin Qəmər Almaszadənin həyat yolundan, fəaliyyətindən bəhs edən videoçarxlar və slaydlar nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Qəmər Almaszadə ilə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, tədbir pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan karantin qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə və qoruyucu tibbi maskadan istifadə edilməklə keçirilib.
Tehsil-press.az