Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri mükafatlandırılıb

Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri mükafatlandırılıb Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Rəqs Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) aparıcı müəllim heyəti mükafatlandırılıb.
Nazirliyin verdiyi müvafiq əmrə əsasən, BXA-nın müəllimləri - Əməkdar artist Tamilla Məmmədova, Əməkdar mədəniyyət işçiləri - Lyudmila Qutlyanskaya, Mayra Almaszadə, Əməkdar müəllim Aqallıyay Pellumb, pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənova və Yekaterina Mustafayeva mükafatlandırılıblar.
Bakı Xoreoqrafiya Akademiyasının aparıcı müəllim və tələbələri əlamətdar gün münasibətilə akademiya rəhbərliyi tərəfindən də mükafatlandırılıblar. Bununla bağlı akademiyada Beynəlxalq Rəqs Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BXA-nın seçilmiş tələbələri müxtəlif rəqs nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusiflinin adından akademiyanın aparıcı müəllimləri Xalq artistləri Kamilla Hüseynova, Yusif Qasımov, Əməkdar artistlər Rimma İskəndərova, Elçin Allahverdiyev, Sənan Hüseynli, Səbinə Qasımova, BXA-nın bədii rəhbəri, Əməkdar artist Nailə Məmmədzadə, Əməkdar müəllim Aqalıyay Pellumb, Yelena Çernousova, Zaur Fətulla, BXA-nın baş müəllimi Mehriban Nəzərova, eyni zamanda, fərqlənən tələbələr Zəhra Tanrıverdiyeva, Fatimə Xələfova, Səbinə
Məmmədova, Nərgiz Abdullayeva, Maksim Lobaçev, Xəyal Pənahov və Rəhiməxanım Seyidbəyovaya Xalq artisti Gülağası Mirzəyevin “Jizn v svete rampı” kitabı və digər qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin qaydalarına uyğun şəkildə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər