Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 28 May - Respublika Gününə həsr edilmiş konsert olub.
Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra akademiyanın tələbələrinin ifasında müxtəlif rəqs parçaları təqdim edilib.
Konsertin yekununda çıxış edən BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik dövlət nümunəsidir. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər görülüb. Demokratik hüquq və azadlıqların təmin edilməsi, Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin rəsmi dövlət dili elan olunması Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilib.1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan edib və dövlət müstəqilliyimiz yenidən bərpa olunub.
Sonda Ə.Qarayusifli Şuşa şəhərində keçirilmiş “Xarıbülbül” musiqi festivalında iştirak edən BXA müəllim və tələbələrini fəxri diplomla mükafatlandırıb.
Tədbir BXA müəllim və tələblərinin “Azərbaycan” mahnısını ifa etməklə yekunlaşıb.
Tehsil-press.az