Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin uğuru

Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin uğuru Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimləri xoreoqrafiya sahəsində əldə etdikləri nailiyyətlərə və rəqs sənətinin tanıdılması istiqamətində olan fəaliyyətlərinə görə “Beynəlxalq Rəqs Akademiyası” (International Dance Academy) tərəfindən mükafatlandırılıblar.
Akademiyanın İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Eteri Cəfərova "International Dance Academy"nin "Fəxri akademik"i, klassik rəqs müəllimi, Xalq artisti Kamilla Hüseynova "Fəxri professor", klassik rəqs müəllimi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov “Fəxri professor”u adlarına layiq görülüblər.
Qeyd edək ki, əsası Danimarkada qoyulan "International Dance Academy" 2008-ci ildə Sonny Fredıe Pedersen tərəfindən qurulub. "International Dance Academy" beynəlxalq səviyyədə tanınan və ən üst səviyyədə beynəlxalq təhsil verən rəqs akademiyasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər