İran İslam Respublikasının Gilan Universitetinin ev sahibliyi ilə keçirilən Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının növbəti toplantısında Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva iştirak edib.
Azərbaycan, İran, Rusiya və Qazaxıstandan 35-dək universitetin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Assosiasiyanın 2018-2019-cu illərdə görülmüş işlərinə dair hesabatlar dinlənilib və qarşıda duran məsələlər müzakirə olunaraq tədbirlər planı hazırlanıb.
Səfər çərçivəsində tədbirdə iştirak edən bir neçə müəssisənin nümayəndələri ilə AzTU arasında danışıqlar aparılıb və əməkdaşlıq müqaviləsinin imzalanması üçün ilkin razılıq əldə olunub.

AzTU-nun Mətbuat Xidməti