Qazaxıstanın X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyası Baş Assambleyasının XX yubiley tədbiri keçirilib. Yubiley tədbirində iştirak edən Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev məruzə ilə çıxış edib. 20 il ərzində Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Xəzər regionunda elm və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edən interaktiv bir platformaya çevrildiyini deyən professor Sani Hacıyev bu illər ərzində qurumun ali məktəblərin akademik və elmi cəhətdən qarşılıqlı əlaqələri sahəsində yüksək nəticələr əldə etdiyini və regionun aparıcı universitetlərini birləşdirdiyini bildirib. Bakı Dövlət Universiteti, onun beynəlxalq əlaqələri haqqında məlumat verən prorektor çıxışının sonunda Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının əsas məqsədinin qlobal təhsil sahəsinə inteqrasiya etmək, tədqiqatları təkmilləşdirmək, elm və təhsilin müxtəlif sahələrində yeni nailiyyətlərlə tanış olmaq, fikir mübadiləsi və qiymətli təcrübə mübadiləsi aparmaq olduğunu diqqətə çatdırib və təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
Mətbuat və informasiya şöbəsi