Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova da iştirak edib.
AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli rusiyalı qonağa institutun fəaliyyəti haqqında məlumat verib.
Tədbirdə Rusiya-Azərbaycan münasibətlərinin tarixi, ikitərəfli münasibətlərin inkişaf təmayülləri, ölkəmizin regional strateji rolu və həyata keçirilən proqramlardan da bəhs olunub.
Dəyirmi masada, həmçinin iki elmi müəssisə arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub, birgə layihələrin təşkili yönündə ilkin təkliflər səsləndirilib.
Nadejda Aşeulova Elm Tarixi İnstitutu ilə birgə layihələrin icrasında və elmi araşdırmaların aparılmasında maraqlı olduqlarını vurğulayıb.
Tədbirin sonunda Məryəm Seyidbəyli rusiyalı həmkarına kitablar hədiyyə edib.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər