“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi

“Taliban”dan gözlənilməz tələb - BMT-yə məktub göndərdi “Taliban” BMT-yə məktub göndərərək, BMT Baş Assambleyası iclaslarına qatılmaq tələbini irəli sürüb və təşkilatın sözçülərindən Suheyl Şahini BMT yanında daimi nümayəndəliyə namizəd göstərib.
Bu barədə məlumatı “Anadolu” agentliyi BMT-dəki qaynaqlarına istinadən yayıb.
Bildirilib ki, məktubu “Taliban” müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki göndərib və BMT-də keçmiş hökumətin yox, onların təmsil olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.
Hazırda BMT-də Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai təmsil edir.

Tehsil-press.az


Oxşar xəbərlər