Zaqatalada müəssisə rəhbərliyi cərimələndi

Zaqatalada müəssisə rəhbərliyi cərimələndi Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Həftə” bazarında fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirilib.
Reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Tehsil-press.az

Oxşar xəbərlər