Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanda səfərdə olan İraqın neft naziri İhsan Əbdül Cabbar İsmayilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rektor E.Qasımov ali məktəbin kampusu ilə tanış olan nümayəndə heyətinə təhsil müəssisəsində yaradılan modern tədris şəraiti və tədqiqat mühiti barədə ətraflı məlumat verib.
Sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə E.Qasımov ikitərəfli formatda səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirilib ki, İraqın universitetləri ilə tələbə-təcrübə mübadiləsi çox faydalı ola bilər. E.Qasımov BANM-in tələbələrinin transmilli, beynəlxalq neft–qaz şirkətlərində, o cümlədən SOCAR–ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini deyib. O qeyd edib ki, bu da onların gələcəkdə beynəlxalq standartlarda ingilisdilli kadrlar kimi yetişməsinə imkan yaradır. Ali məktəbdə tədrisi müasir tələblərə uyğun təşkil etmək üçün yüksəkixtisaslı yerli və əcnəbi mütəxəssislər, müəllimlər cəlb olunub. Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını xatırladan rektor vurğulayıb ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq.
İraqın neft naziri İhsan Əbdül Cabbar İsmayil Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. O, iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq istiqamətində mütəxəssislərin qarşılıqlı çalışması üçün bir sıra tapşırıqlar verəcəyini bəyan edib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə BANM-də iraqlı tələbələrin təhsil alması və iraqlı mütəxəssislərin təlim keçmələri qərara alınıb.
Sonda rektor Elmar Qasımov İraqın neft naziri İhsan Əbdül Cabbar İsmayila “Fəxri qonaq” plaketini təqdim edib.
Tehsil-press.az