Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəqs kollektivləri arasında “Xarıbülbül” respublika uşaq rəqs festivalına qeydiyyat davam edir.
Müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.
Müsabiqənin şərtləri:
- Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;
- Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;
- Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;
- Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin [email protected] ünvanına göndərilməlidir;
- Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;
- Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;
- Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.
Festival aşağıdakı mərhələlər üzrə keçiriləcək:
Oktyabrın 22-dək davam edəcək l mərhələdə festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu aparılacaq. İştirakçılar sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin [email protected] elektron poçt ünvanına göndərilməlidir.
ll mərhələdə münsiflər heyəti tərəfindən videogörüntülərə baxılacaq və qiymətləndirilmə aparılacaq. Bu mərhələ oktyabrın 23-dən 31-dək davam edəcək.
Festivalın lll mərhələsində - noyabrın 6-da final konserti, qaliblərin elan olunması və mükafatlandırılması olacaq.
Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif ediləcəklər.
Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 421 54 66 , +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.
Tehsil-press.az