Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri beynəlxalq festivalın qalibi olublar

Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri beynəlxalq festivalın qalibi olublar Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalının qalibləri müəyyən edilib. Respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı, İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarus və Özbəkistanı təmsil edən iştirakçıların qatıldığı festivalda 9-11 yaş – rəqs (solo) qrupunda modern rəqs nominasiyası üzrə Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin 6-cı sinif şagirdi Aytac Quliyeva III yerə, 15-17 yaş – rəqs (solo) qrupunda orta ixtisas təhsil pilləsinin II kurs tələbələri - Aza Nurullayeva I yerə, Nəzrin Adıyeva II yer və Aydan Hüseynova III yerə layiq görülüblər.
Festivalın münsiflər heyətində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Xalq artistləri Tamilla Eldarova və Kamilla Hüseynova, Əməkdar artist, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov, baletmeyster, Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədov, Əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Əməkdar artist, Azərbaycan Dövlət Milli Konservatoriyasının dosenti Əliağa Sədiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun instrumental ifaçılıq kafedrasının müdiri Səbinə Mehdiyeva, xoreoqraf əmək veteranı medalı laureatı Mahirə Məmmədova, xoreoqraf Nazim Nəsirov, vokal və fortepiano müəlliməsi Esmira Hüseynova və gitara musiqi aləti üzrə müəllim, qızıl mikrofon laureatı Fuad Cəfərov təmsil olunublar.

Tehsil-press.az



Oxşar xəbərlər