Fransada məscidlər və din xadimləri təhdid edilir

Fransada məscidlər və din xadimləri təhdid edilir Fransanın Strasburq şəhərində tikilməkdə olan Avropanın ən böyük məscidinə ölüm təhdidləri və İslamı təhqir edən məktub göndərilib.
Milli Cəmiyyətə (İGMG) bağlı Eyüp Sultan Məscidinə göndərilən "Müharibə Bəyannaməsi" adlandırılan məktubda "Fransada İslam üçün yer yoxdur", - deyə qeyd edilib.
"Əlbəttə, sizin camaatın əksəriyyəti İslamı qəbul edir. Onda niyə Fransada qalırsınız?
Hazırlaşın, məscidlərinizə heç vaxt olmadığı miqyasda hücum ediləcək. Tərəfdarlarımız təsəvvür etmədiyiniz qədər çoxdur. Yaxşı hazırlaşın, qisas başlayır",- deyə məktubda bildirilib.
Milli Fikir Təşkilatlarının Şərqi Fransa Bölgesi Başçısı Eyüp Şahin məsələ ilə bağlı açıqlamasında bildirib ki, əvvəl də bu cür təhdidlərlə qarşılaşıblar: "Avropada məscid və müsəlmanlara qarşı mesajlar xüsusilə son illərdə artıb. Ünvanınızı və ailənizin ünvanını tapdıq. Hamınızı öldürəcəyik. Məscidin ortasına bomba qoyacağıq deyə hədə-qorxu gəlirlər. Bu təhdidlər ümumiyyətlə Avropanın hər tərəfindədir. Bütün müsəlmanlar belə məktublar alırlar, amma bura Avropanın ən böyük sosial kompleksi olduğu üçün yəqin ki, bir az daha çox diqqəti cəlb edir".
Təhdid məktubunu aldıqdan sonra polisə və səlahiyyətlilərə məlumat verdiklərini ifadə edən Şahin, din adamlarının və siyasətçilərin ifratçı şərhlərinin bu cür mənfiliklərə səbəb olduğunu və buna görədə hər kəsdən İslama qarşı işlətdiyi fikirlərdə ehtiyatlı olmalarını söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər