“Mənə qarşı sui-qəsd təşkil etdi, yanımdakı musiqiçi öldü”

“Mənə qarşı sui-qəsd təşkil etdi, yanımdakı musiqiçi öldü” Müğənni Əlikram Bayramov ona qarşı sui-qəsd təşkil edən müğənnidən danışıb.
“Onun sirri” verilişində qonaq olan ifaçı illər əvvəl toya getdiyi vaxt qəza keçirdiyini deyib:
“Toya gedirdik, deyə-gülə yola çıxdıq. 3-4 kilometr yol getmişdik ki, qəza keçirdik. Qarşımıza çıxan avtomobil düz mən tərəfə vurdu. Dəhşətli qəza baş verdi. Maşın üzü üstə aşağı düşdü. Hər kəs zədələndi. Nağara ifaçımızın boynu sındı. O an bir tək anam və körpə övladım gözümün önünə gəldi. Bu, mənim üçün hazırlanmış cinayət idi".
Bayramov ona qarşı sui-qəsd təşkil edən müğənnini tanıdığını qeyd edib:
"Kim olduğunu öyrəndim. Amma mən ona pislik etmərəm. Onun da ailəsi, övladı var. Bəlkə də peşman olub etdiyi hərəkətdən. O qəzada yenicə ailə quran musiqiçi həyatını itirdi. Ailəsi məni qınadı ki, niyə sənə heç nə olmadı. Onlardan da incimirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər