Bu il Dövlət Neft və Sənaye Universitetinin birinci kursuna 9 ölkədən 53 gənc qəbul edilib

Bu il Dövlət Neft və Sənaye Universitetinin birinci kursuna 9 ölkədən 53 gənc qəbul edilib 2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) bakalavriat pilləsində birinci kursa 9 ölkədən 53 gənc qəbul olunub. Onlar müxtəlif ixtisaslar üzrə təhsil alırlar.
ADNSU-nun əcnəbi tələbələr üzrə dekanı Yaşar Həsənov məlumat verib. Dekan bildirib ki, həmin gənclərdən 13-ü Türkmənistan, 14-ü Rusiya, 13-ü Gürcüstan, qalanları isə digər ölkələrin vətəndaşlarıdır.
Əcnəbi tələbələrin təhsili üçün universitetdə bütün lazımi şərait yaradılıb.

Mətbuat Xidməti


Oxşar xəbərlər