“Bu təxribatı törədən erməni quldurları öz cəzalarını alacaqlar”

“Bu təxribatı törədən erməni quldurları öz cəzalarını alacaqlar” “Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində əsgərimiz Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması xəbəri bizi çox kədərləndirdi”.
Bunu deputat Naqif Həmzəyev ermənilərin növbəti terror aktından danışarkən deyib.
Onun sözlərinə görə, bu təxribatdan da görünür ki, hələ də Ermənistanda revanşist fikirlərlə yaşayan, bu ideologiyaya xidmət edən, terrordan qidalanan qüvvələr var:
“Bu qüvvələr hər vəchlə Azərbaycan və Ermənistan arasında münasibətləri gərginləşdirmək, təxribatlar törətmək, sülhün əldə edilməsinin qarşısını almaq istəyirlər.
İstənilən halda bu təxribatı törədən erməni quldurları öz cəzalarını alacaqlar və zərurət yaranacağı təqdirdə həmin ərazilərdə antiterror əməliyyatları da keçiriləcək. Bütün quldur dəstələri məhv ediləcək və ya onlara lazımi cəza veriləcək.
Xüsusən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində, həmçinin, Azərbaycan və Ermənistan rəhbərliyinin görüşlərinin hazırlanması ərəfəsində belə bir təxribatın törədilməsi birbaşa olaraq bu danışıqları pozmaq, əldə edilə biləcək hansısa sülh razılaşmasının qarşısını almaqdır.
Biz daha da ayıq-sayıq olmalıyıq. Maksimum dərəcədə çalışmalıyıq ki, bu təxribatların qarşısı alınsın. Rusiya sülhməramlıları öz mandatından istifadə etməklə, öhdələrindəki missiyanı yerinə yetirərək, bu təxribatı törətmiş şəxslərin tapılıb Azərbaycan tərəfinə təhvil verilməsini təmin etməlidir.
Əks təqdirdə Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatı keçirərək, bu quldur dəstələrini zərərsizləşdirməli və bir daha belə təxribatların baş verməməsi, əsgər və zabitlərimizin xəsarət alması, şəhid olmasının qarşısı birdəfəlik alınmalıdır. Allah şəhidimizə rəhmət eləsin. Yaxınlarına səbr diləyirəm. Ən qısa zamanda şəhidimizin qisası mütləq alınacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər