Azərbaycan silahlı qüvvələri təmas xəttində gedən son döyüşlər zamanı yenə itki verib.
Tehsil-press.az xəbər verir ki, az əvvəl sosial şəbəkələrdə bu barədə yayılan məlumatları Müdafiə Nazirliyi təsdiqləyib. Məlumatda deyilirdi ki, əsgər Əhmədov Elvin Süleyman oğlunun cənazəsi bu gün səhər saatlarında Tovuzun Yanıqlı kəndində ata evinə gətirilib, hazırda onun dəfn mərasimi keçirilir. Əsgərin Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olduğunu onun yaxınlarına deyiblər.
Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda isə belə deyilir: “Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!”
Tehsil-press.az