UNEC-in dosenti müəllimlər üçün mübadilə proqramı çərçivəsində Macarıstanda olub

UNEC-in dosenti müəllimlər üçün mübadilə proqramı çərçivəsində Macarıstanda olub Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının (rus dilli) sənayenin təşkili və idarə edilməsi və sosial iş ixtisasları üzrə rəhbəri dosent Lalə Həmidova Macarıstanın Debrecen Universitetində mübadilədə olub.
L.Həmidova “Erasmus+” müəllimlər üçün mübadilə proqramı çərçivəsində strateji menecment fənni üzrə “Firmanın xarici makromühitinin təhlili, PEST-təhlil” mövzusu üzrə mühazirələr aparıb. Mühazirə dərsləri Debrecen Universiteti tərəfindən müsbət qiymətləndirilib.
Mübadilə çərçivəsində Lalə Həmidova İqtisadiyyat və biznes fakültəsinin kafedra müdiri professor Andraş Nabradi, strateji menecment ixtisası üzrə müəllimlər Madai Hajnalka və Bitner Beata, Serbiyanın Novıy Sad Universitetindən “Erasmus+” mübadilə proqramında iştirak edən professor Todor Markoviçlə görüşüb.
Görüşdə UNEC-lə həmin universitetlər arasında birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər