Tapdıq Əlibəyli. “QƏLBDƏN QƏLƏMƏ”, Bakı,
“Elm və təhsil” nəşriyyatı, 2021, 408 səh.
Naşir: Nadir Məmmədli
filologiya elmləri doktoru, professor
Redaktor: Vüqar Əhməd
filologiya elmləri doktoru, professor
“Elm və təhsil” nəşriyyatı, 2021, 408 səh.
Naşir: Nadir Məmmədli
filologiya elmləri doktoru, professor
Redaktor: Vüqar Əhməd
filologiya elmləri doktoru, professor
Şair-publisist Tapdıq Əlibəylinin oxucularla növbəti görüşü olan “Qəlbdən qələmə” söz çələngində poetik çalar, mövzu rəngarəngliyi ilə zəngin, dəruni düşüncə, tarixi-çağdaş gerçəkliyində zaman ovqatı və fəlsəfi, duyğusal motivlərlə süslənmiş şeirlər toplanmışdır.
Kitabda eləcə də müəllifin ziyalı taleyi, ədib dünyası, həyat kredosu, vətəndaş mövqeyi fonunda onun yaradıcılığına, şəxsiyyətinə işıq tutan ədəbi düşüncə-rəylər, elmi-publisistik məqalələr, resenziyalar, ithaf şeirləri və 60 illik yubileyi ilə əlaqədar olaraq şairə ünvanlı təbrik-fikirlər yer almışdır.
Qeyd edək ki, Tapdıq Abış oğlu Əlibəyli “Haqqa dayaq doğulmuşuq”,“Torpağın səsi”,“Ovqatımın aynası”,“Yol gedənindir”,“İman qaynağı”,“Fəzilət yolu”,“Söz dərgahına merac”,“Nisgil odu”,“General ucalığı”,“Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım”, “Nahaq qan yerdə qalmaz”, “Zaman keçər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”,“Poetik buta”, “Məslək”, “Ziyalı ömrü”,“Sözün dan yeri”,“Məsləkdən çatılmış ocaq” və “Payız çöhrəsində yazdı 44 Gün” adlı kitabların müəllifidir.
Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” diski (şeirləri müəllif səsləndirib) kütləvi tirajla işıq üzü görüb.
“Heyrət” dərgisi, “Konstitusiya” qəzetinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Ağsaqqallar Şurasinin üzvüdür.
Ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” , “Hərbi vətənpərvərlik - 80” medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
Tehsil-press.az