“İyirmidən artıq kitab müəllifi olsam da, qalib ölkənin qələm adamı olaraq ilk kitabımın məmnunluğu, sevinci bir başqadı...” Bu fikri şair-publisist, jurnalist Tapdıq Əlibəyli özünün yenicə işıq üzü görən “Payız çöhrəsində yazdı 44 Gün” (Bakı, “Elm və təhsil”, 2021) kitabı haqqında söyləyib.
Redaktorluğu filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə məxsus olan bu nəşrin annotasiyasında oxuyuruq: Tapdıq Əlibəylinin, leytmotivi “Qarabağ Azərbaycandır!” həqiqət-deyimi olan “Payız çöhrəsində yazdı 44 Gün” poetik toplusuna işğal edilmiş yurd yerlərimizin ağrı-acılarından yoğrulmuş və müzəffər ordumuzun şanlı tarix yazdığı 44 günlük Vətən müharibəsinin Qələbə ovqatı ilə süslənmiş şeirlər daxil edilmişdir.
Müəllifin Vətənə, ulusa olan qızğın şair sevgisiylə, yağı tapdağında inləyən əsir torpaqlarımızın yanğısıyla illər öncə qələmə aldığı “Torpağın səsi” kitabındakı “Zəfər ovudacaq torpağın ahın” düşüncə-ümidinə, özünün dediyi kimi Zəfər Günümüz gözaydınlığı oldu.
Bioqrafik xülasə olaraq qeyd edim ki, Tapdıq Abış oğlu Əlibəyli Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır.
“Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zaman kecər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Sözün dan yeri” və sair iyirmi kitab müəllifidir.
Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir.
Ədəbi yaradıcılığı “Qızıl qələm”, “Məslək” media mükafatları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası, Alimlər Evi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
“Payız çöhrəsində yazdı 44 Gün” ün ovqatı mənə, illər öncə Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlının Tapdıq Əlibəyli haqqında yazdığı fikri xatırlatdi: “Mənsub olduğu çağdaş ədəbi nəsli milli özünüdərk və yaradıcılıq özünəməxsusluğu ilə təmsil edən Tapdıq Əlibəylinin özü və necə deyərlər, sözü ilə yaxından tanışam. İşıq üzü görən kitablarından bir neçəsini-“Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası” nı oxumuşam. Adlarından da göründüyü kimi Tapdıq Əlibəyli minillik şeirimizin humanizm, vətənsevərlik, yurda, torpağa yüksək məhəbbət, ədaləti, haqqı hər şeydən uca tutmaq ənənələrinə söykənir... Lakin bütün bunlar nə qədər nə qədər əbədi, ciddi, həmişəyaşar mövzular olsa da istedadsız, zəif qələm sahiblərinin yazılarında mənasını itirir, karikaturaya çevrilir və quru söz yığınından başqa bir şey olmur. Yaxşı ki, Tapdıq Əlibəylinin şeirlərində həmin mövzular istedad odu ilə isinib, səmimimiyyətlə, poetik obrazlarla, yeni bədii vasitələrlə əks etdirilib. Zamanın havasına, şeirimizin çağdaş səviyyəsinə uyğun uğurlu davamını tapıb.
Tapdıq Əlibəyli bu gün hər bur azərbaycanlını narahat edən, dərdli, ağrılı problemlər içində yaşadan, vətəndaş məsuliyyətini aydın dərk edən, ilhamını bu ağrılara kökləyən şairdir; müharibə içində, düşmənlə üz-üzə olan millətin yükünü daşıyan, öz sözü ilə elə ümid, təsəlli verən, sözünü silaha çevirən qələm sahiblərindəndir.
Oxuduğum, dinlədiyim şeirləri, bir fərd kimi sahib olduğu şəxsi keyfiyyətləri, vətəndaşlıq yanğısı və bu yanğını ağrılı poetik sözə çevirə bilmək qabiliyyəti onu çağdaş ədəbi nəslin seçilən nimayəndələrindən biri kimi sə ciyyələndirməyə imkan verir. Tapdıq Əlibəylinin yaradıcılığını ümumilikdə ədəbiyyatımızın, poeziyamızın uğurlu bir hadisəsi hesab edirəm.”
Bəli, istiqlal şairimizin bu fikirləri “Payız çöhrəsində yazdı 44 Gün”lə bir daha təsdiqləndi.
Kitab iki bölümdə tərtib edilmişdir ki, birinci hissə İkinci Qarabağ müharibəsi günlərində ordumuzun zəfər yürüşü ilə bağlı yazılmış şeirləri əhatə edir. “Zəfər ovudacaq torpağın ahın” sərlövhəli ikinci hissədə isə “Qanına qəltan Xocalı” poeması və işğal dövründə yazılmış şeirlər yer alıb. Bir məqamı xüsusi vurğulamaq gərəkdir ki, ikinci bölümdəki şeirlər illərlə işğal altında olan yurd yerlərimizin, dədə-baba torpaqlarımızın azad edilməsinə bir çağırış idisə, birinci bölümdəki şeirlər xilaskar ordumuzun, xalqımızın qələbə əzmini, əzəmətini ifadə edir. Mahiyyət etibarı ilə bu ardıcıllıq, təsnifat 44 Günlük Vətən müharibəsində qazandığımız zəfər zirvəsindən dədə-baba torpaqlarımızın yağmalandığı dönəmlərə bir ziyalı, şair baxışıdır. Unutqan olmamağa çağırış olan bir baxış!..Şair 44 günlük Vətən müharibəsinin ilk günündə “Xilaskar ordumun vətən savaşı" adlı şeirində yazır:
Ordumun müzəffər, haqq səsi gəlir,
Qələbə qoxulu nəfəsi gəlir...
Allahın da xoşu, həvəsi gəlir,
"İrəli!" marşından Azərbaycanın!
Əsir torpaqlara dəyir ayağım...
Uğrunda qaynayır qan, Qarabağım!
Ali Baş Komandan - Döyüş Bayrağım,
Vətən savaşında Azərbaycanın!
Yağı qıfilına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar,
Qəsbkar erməni boğulur naçar...
Sevinc göz yaşında Azərbaycanın!
Şeirdəki bu ovqat müzəffər ordumuzun zəfər yürüşü ilə, 44 gün ərzində yazlımış şeirlərin mayasını, qayəsini ehtiva edir və “Zəfər paradı” ilə şairin ədəbi düşüncəsində sanki bir hesabat sərgilənir
Baş meydan başını dik tutub, Yurdum!
Sinəsin süsləyib Zəfər paradı.
Müzəffər yürüşdən dönübdür Ordum,
Şəhid, qazı, qalib - əsgərin adı!..
Salam, 44 Günlük döyüş bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..
Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyünə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi...
Haqqın təntənəsi - Zəfər paradım
Qalibin məğluba ibrət dərsidir.
Neçə Mübarizim, neçə Poladım
Millətin əzəmət, qürur səsidir!
Səsin, Azərbaycan, ucadan gəlir!
Simana Qarabağ işığı düşür...
Zəfər günəşinlə səfəqlənib dan,
Şahinlər gözündə yer-göy görüşür...
T.Əlibəylinin şeirləri yaz yağışı kimi duru, dağ havası qədər saf, poetik rəngarəngliyilə ana təbiətimizə bənzərdir. Deyərdim ki, zəfərimizin ədəbi abidəsi olan “Qırx dörd gün” bu baxımdan bir vüsət mahiyyətində, poetik-fəlsəfi düşüncənin əsrarəngiz boyası kimi sərgilənir: Payız çöhrəsində yazdı 44 Gün. Qələbəmizin sözlə çəkilmiş bənzərsiz tablosu...
Bürüsə də duman, çən Qarabağı,
Zəfər çiçəklədi bağrının dağı.
Yadda boz illərin çiskin-sazağı...
Payız çöhrəsində yazdı 44 Gün.
Döyüş meydanında yenildi yağı,
Düşmən sırğa etsin qoy ağ bayrağı!
Sərkərdə gur çatıb tonqal, ocağı...
Qələbə tarixi yazdı 44 Gün!
Vətən bel bağladı əsgərə-ərə,
Oğullar sinəsi döndü sipərə...
İşğalçı tuş gəldi Polad təpərə!
Hayların halayın pozdu 44 Gün!
Əsir torpaqlarda sərgərdan ruhlar,
Torpağa üz sürtüb çəkilən ahlar
Xilaskar Ordumla şad bu son bahar!..
İşğalçı ordunu əzdi 44 Gün!
“Qırx dörd gün” şeirində milli taleyimizdə inanılmaz dönüş yaradan qələbəmiz, millətimizə. xalqımıza zəfər bəxş edən əsgərlərimiz, milli ordumuzun ər ogulları, müzəffər Ali Baş Komandan böyük coşqu ilə vəsf edilr, qanı ilı şanlı tarix yazan Şəhidlərimiz ehtiramla yad edilir. Seirdəki milli ruh, vətən sevgisi Azərbaycan obrazında canlanır.Təklif edirəm ki, Təhsil Nazirliyi T. Əlibəylinin “Qırx dörd gün” şeirini vətənpərvərlik duyğularını aşılayan mükəmməl bir poetik nümunə kimi ümumtəhsil məktəblərində tədris edilən kitablara daxil etsin. Gələcək nəslimizin vətənpərvər ruhda yetişməsi üçün etdiyim təkifə Təhsil nazirliyinin rəhbərliyi və müvafiq qurumların bigana qalmayacaqlarına əminəm. Çünki müraciətimin qayəsində təhsilin qarşısında duran ən vacib və mühüm olan bir vəzifə də gələcək nəslin vətənpərvər ruhda tərbiyə almasından keçir. Rəşadətli əsgər və zabitlərimizin mərdliyi, qəhrəmalıgı onların qanı və canı bahasına göstərdikləri şücaətləri yalnız vətənpərvərlik ruhu ilə baglıdır, desəm yəqin ki, yanılmaram. T. Əlibəylinin Vətən soraqlı, əsgərlərimizi Qarabağda qələbəyə səsləyən, vətənpərvər ruhlu şeirləri də məhz bu qəbildəndir.
T. Əlibəyli poeziyası, şeriyyətində elə hisslər pərvaz edir ki, saf duyğular sanki pəmbə buludların Yer üzünə bahar yağışının gətirdiyi təravət, bütün canlılara bitib-tükənməyən həyat eşqi bəxş etmək timsallıdır. Bu ruhun qarşısında qarşısında ən qüdrətli rəssam da ram olar... Tapdıq Əlibəylinin yaradıcılığı haqda məhz bu müqayisədədir. Çünki onun qələmə aldığı, ruh, zehniyyat süzgəcindən keçirdiyi sözün, kəlamın, düşüncənin qüdrəti öz poetikliyi ilə möhtəşəmdir, bənzərsizdir. Təbii ki, bir yazı ilə ədibin yaradıcılığının coğrafiyasını bədii məziyyətlərini tam və əhatəli şəkidə təhlil etmək mümkünsüzdür. Onu da qeyd etməliyəm ki, T. Əlibəyli yaradıcılığında önəm kəsb edən əsas və başlıca məziyyətlərdən biri, fikrimcə, lap birincisi şairin vətənpərvərliyidir.
T. Əlibəylinin şeirlərinin ruhuna həkim kəsilmiş səmimiyyət dolu hisslərlə yanaşı, şairin şeirlərinin ana xəttini milli təəssübkeşliyi, Vətən sevgisi şərtləndirir.
Qarabağın işgaldan azad olması vətəndaş-şair T. Əlibəylinin hər misrasında Vətən aşiqinin sonsuz sevgisinin parlaq ifadəsi kimi boy göstərir.
İşğal dövründə yazdığı şeirlərində Vətən yanğısı, nisgiliylə T. Əlibəylinin şair xəyalı daim dolanır Xankəndini, Kərkicahanı... nigaran halda gəzir Ağdərəni, Ağdabanı... gecə-gündüz dolanır Malıbəylini, Qaradağlını... yağı tapdağında əsir olan yurd yerlərinin başına pərvanətək dolanır, oduna yanır Xocaıının, Gülablının... nalə çəkən fəryadına dözməyir, səs çəkir VƏTƏN Övladı. Haray çəkir şeri, sənəti, üsyan qoparır Türk oğlunun alovlu Vətənpərvərinin yenilməz qeyrəti. Müqəddəs sandığımız Vətən yolunda birliyə çağırır, həmrəyliyə səsləyir Vətən oğullarını! Bax budur şair T. Əlibəylinin əbədiyaşar Amalı!
Qalibiyyət şeirlərinin ruhunda “QƏLƏBƏM - qəlp qəlbə qəlpə” deyimi fəxarətlə qürurla sədalanır, çatılmış gur ocaqtək şölələnir.
Qətiyyətlə deyə bilərəm ki, Zəfərimizin mükəmməl ədəbi abidəsi olan “Payız çöhrəsində yazdı 44 Gün” ədəbi hadisədir. Dönə-dönə təhlil və təqdir olunası bir hadisə... Uğurların bol olsun, sözdən qala tikən şair Tapdıq Əlibəyli! Zəfərimiz və zəfərimizim möhtəşəmliyini, qutsallığını ehtiva edən “Payız çöhrəsində yazdı 44 Gün” kitabımız mübarək!
Hikmət Əliyev