Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə görüş

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə görüş Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibləri ilə onlayn formatda görüş keçirilib.
Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov şagirdlərin milli ruhda tərbiyəsi, onlara vətənpərvərlik hissinin aşılanmasında ümumi təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən danışıb. O bildirib ki, təhsil işçiləri müasir çağırışlara hazır olmalı, ölkənin inkişafında, onun modernləşdirilməsində yaxından iştirak etməlidir.
Müsabiqənin əhəmiyyəti və vacibliyi barədə danışan təhsil nazirinin müavini layihələri yüksək dəyərləndirib.
Sonda layihələrin icrasına verilən tələblərə dair ətraflı məlumat verilib.
Görüşə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva və 179 nəfər qalib layihələrin rəhbəri qatılıb.
Qeyd edək ki, 2017- 2021-ci illərdə müsabiqədə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 226 və “Fərdi” kateqoriya üzrə 592 layihə olmaqla, ümumilikdə 818 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Tehsil-press.az

Oxşar xəbərlər