Təhsil Nazirliyi: VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb

Təhsil Nazirliyi: VI Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. O qeyd edib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərimizin əldə etdikləri uğurlardan danışan nazir müavini bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.
Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının, şagird və valideynlərin iştirak etdiyi tədbirdə təbrik videoçarxı nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər