“Onlayn dərs” müsabiqəsinin qalibləri ilə görüş təşkil olunub

“Onlayn dərs” müsabiqəsinin qalibləri ilə görüş təşkil olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.
Görüş “Onlayn dərs” müsabiqəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Müsabiqə qaliblərini təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, BŞTİ tərəfindən “Virtual məktəbdə bir gün layihəsi” və onun davamı olaraq “Onlayn dərs” müsabiqəsi bu istiqamətdə görülən vacib işlərdəndir. Bu cür müsabiqələrin təşkil olunmasının əhəmiyyətindən bəhs edən idarə müdiri ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlərlə bölüşməsini yüksək qiymətləndirdiyini söyləyib.
Görüşdə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, əməkdar müəllim Asif Cahangirov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abuşov, Təhsil İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin Əlavə təhsilin təşkili şöbəsinin müdiri Aqil Həsənov, Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə, “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, 83 nömrəli tam orta məktəbin müəllimi Aytən Məmmədova və 220 nömrəli məktəb-liseyin müəllimi Günel Bəşirova “Virtual məktəb”, eləcə də digər onlayn platformaların, elektron resursların verdiyi imkanlardan və müəllimlərin daha səmərəli fəaliyyətinə yol açan belə müsabiqələrin əhəmiyyətindən bəhs ediblər. Mövcud vəziyyətdə ən operativ çıxış yolu kimi distant təhsilin üstün tərəflərindən danışıblar. Bildiriblər ki, distant təhsil həm şagirdlərdə, həm də müəllimlərdə məsuliyyət hissinin artması, araşdırma və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, informasiya texnologiyalarından istifadə bacarığının təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, “Onlayn dərs” müsabiqəsinə ümumilikdə 193 onlayn dərs nümunəsi təqdim olunub, onlardan 12-si qalib olub, 12-si isə fərqlənən dərs kimi qiymətləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər