Nazirlik: Hazırda 433 sinif distant formada tədrisə davam edir

Nazirlik: Hazırda 433 sinif distant formada tədrisə davam edir Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.
Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, hazırda 433 sinif distant formada tədrisə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər