Xüsusi karantin rejimi dövründə tətbiq edilən yumşalmaları nəzərə alaraq, peşə təhsili müəssisələrində də tədris prosesində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb. Təhsil Nazirliyinin kollegiyasının qərarı və təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən ixtisaslar üzrə istehsalat təlimi və istehsalat təcrübəsi üzrə dərslərin əyani formada təşkili, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir.
İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlər (istehsalat təlimi və təcrübəsi) distant (məsafədən) formada tədris olunacaq.
Ümumilikdə istehsalat təlimi və təcrübəsi dərsləri əyani formada təşkil ediləcək ixtisaslarda təhsil alan tələbələrin sayı 18 min 860 nəfərdir. Bu isə peşə təhsili üzrə təhsil alan tələbələrin 88 faizini təşkil edir.
Bildirilib ki, istehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müvafiq dəyişikliklər edilib. Tədris planları və dərs cədvəllərinə əsasən ixtisasdan asılı olaraq istehsalat təlimi dərslərinin əyani formada təşkili həftədə 2 gündən artıq olmayacaq. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil ediləcək. Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da tədrisin əyani formada təşkili bərpa edilib.
Tehsil-press.az