Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan Milli Konservatoriyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli Konservatoriyasının rəhbərləri arasında yaradıcılıq sazişi imzalanıb. Sazişə əsasən, ali təhsil müəssisələri arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı konsertlərin təşkili, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulub.
Görüş zamanı konservatoriyanın rektoru Səyavuş Kərimi mövcud pandemiya şəraitində çətinliklərə baxmayaraq, BXA-da xoreoqrafiya təhsil sistemində həyata keçirilən irəliləyişlərin davamlı olmasını arzulayıb. S.Kərimi Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığa və dostluq layihələrinə hazır olduqlarını bildirib. O, MDB ölkələrində və Şərq aləmində ilk və unikal olan xoreoqrafiya akademiyasının məhz Azərbaycanda yaranmasını böyük tərəqqi olduğunu qeyd edib.
BXA-nın bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə son zamanlar ölkəmizdə xoreoqrafiya və musiqi sahəsinin inkişafından danışıb. O vurğulayıb ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. İki təhsil müəssisəsi arasında əməkdaşlıq müvafiq istiqamətdə yaradıcılığın daha da yüksəldilməsinə şərait yaradacaq.
Görüşdə təhsildə aparılan islahatlarla yanaşı, mövcud problemlərin həlli və əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tehsil-press.az