Bakı Xoreoqrafiya Akademiyası Tam orta məktəbinin şagirdləri ölkəmizi beynəlxalq konfransda təmsil edəcəklər

Bakı Xoreoqrafiya Akademiyası Tam orta məktəbinin şagirdləri ölkəmizi beynəlxalq konfransda təmsil edəcəklər Bakı Xoreoqrafiya Akademiyasının Tam orta məktəbinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri ölkəmizi Litvada keçiriləcək musiqi və incəsənətin digər sahələrinə dair beynəlxalq onlayn konfransda (“MUSIC+ or The Link Between Music and Other Forms of Art”) təmsil edəcəklər.
Gənc istedadlar konfransda “Nizami: Böyük poeziya, musiqi və rəqs (Nizami: The Great Poetry, Music and Dance) mövzusunda məruzə ilə çıxış edəcəklər. Bu, Bakı Xoreoqrafiya Akademiyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin ilk ortaq layihəsidir.

Tehsil-press.az

Oxşar xəbərlər