Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlıq əlaqələri genişlənir

Bakı Xoreoqrafiya Akademiyası ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlıq əlaqələri genişlənir Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə bağlanılıb. Müqavilə çərçivəsində BXA-nın İncəsənət fakültəsinin tələbələri Sabina Cavadzadə, Ruslan Hacıyev və Magistratura və doktorantura şöbəsinin magistrantı Nigar Şahmuradova 2020-2021-ci tədris ilinin yaz sessiyasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda təcrübə keçirlər.
Təcrübə yekunlaşdıqdan sonra tələbələrə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən sertifikat veriləcək. Müqavilə əsasında mobil əməkdaşlığı davam etdirmək məqsədilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının magistratura səviyyəsində təhsil alan Acar Akılbekova mövcud vəziyyətə uyğun olaraq onlayn formatda BXA-da təcrübə keçəcək.

Tehsil-press.az

Oxşar xəbərlər