Xoreoqrafiya sənəti ixtisası üzrə builki keçid balları açıqlanıb

Xoreoqrafiya sənəti ixtisası üzrə builki keçid balları açıqlanıb Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu barədə elan edildiyi 2020-ci il “Abituriyent” jurnalının 2-ci nömrəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri elan olunub. Belə ki, 2020/2021-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər V qrup üzrə keçiriləcək buraxılış imtahanından minimal 30, qabiliyyət imtahanından isə cəmi 6 bal toplamalıdır.
Bildirilib ki, 2020/2021-ci tədris ili üçün Bakı Xoreoqrafiya Akademiyasının bakalavriat səviyyəsinə xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası ilə yanaşı, instrumental ifaçılıq (sahələr üzrə) və sənətşünaslıq ixtisasları üzrə də qəbul həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər