Bakı Xoreoqrafiya Akademiyası (BXA) milli ənənələri qorumaqla yanaşı, beynəlxalq əlaqələrini də uğurla genişləndirir.
Bakı Xoreoqrafiya Akademiyası və Moskva Dövlət Xoreoqrafiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə tərəflər arasında mədəniyyət, təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, ustad dərslərin təşkili, müştərək layihələrin həyata keçirilməsi, eləcə də gənclər təşkilatları və yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqələrin inkişafını özündə əks etdirir.
Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyası və Kazan Dövlət İncəsənət Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, iki təhsil müəssisəsi arasında təhsil və elm sahələrində əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, akademik, elmi və mədəni əlaqələrin qurulması nəzərdə tutulur.
Hər iki müqaviləyə əsasən, tərəfdaşlar arasında tələbələrin balet tamaşa layihələrinin, aparıcı xoreoqrafların iştirakı ilə konsert proqramlarının, teatr tamaşa quruluşlarının, rəsm sərgilərinin və kinofilmlərin nümayişi təmin ediləcək.
Tehsil-press.az