Səkkiz ay ərzində Azərbaycanda 73 mindən çox körpə doğulub

Səkkiz ay ərzində Azərbaycanda 73 mindən çox körpə doğulub Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 73 min 177 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.
Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Səkkiz ay ərzində ölkədə 48 min 633 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər