Dillər Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında olublar

Dillər Universitetinin tələbələri Hərbi Qənimətlər Parkında olublar Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri Hərbi Qənimətlər Parkında olublar.
Tələbələr parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olub, əsgər və qazilərimizlə görüşüblər. Qazilər tələbələrin suallarını cavablandırıb, müharibə ilə bağlı xatirələrini bölüşüblər.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında rəşadətli Ordumuzun azad olunan ərazilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.

Tehsil-press.az


Oxşar xəbərlər