İtkin düşən 13 yaşlı məktəbli tapıldı

İtkin düşən 13 yaşlı məktəbli tapıldı Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.
Şəhərin 12-ci mikrorayon ərazisində yaşayan E.Q repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək yeniyetmənin dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.
Evdən çıxarkən onun əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.
***
İtkin düşən yeniyetmə tapılıb. Onun Bakı bulvarı ərazisindən tapıldığı qeyd olunur.
***
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Sumqayıtda itkin düşən 13 yaşlı Q.E-la bağlı məlumat yayıb. O bildirib ki, yeniyetmə paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.
Hazırda Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcəkdir.

Tehsil-press.az


Oxşar xəbərlər