İtkin düşən Zəhra 3 gün sonra tapıldı - BŞBPİ-dən açıqlama +Yenilənib

İtkin düşən Zəhra 3 gün sonra tapıldı - BŞBPİ-dən açıqlama +Yenilənib Polis əməkdaşları Sabunçu rayonunda itkin düşən 3 yaşlı Zəhra Bağırovanın axtarışı istiqamətində operativ işlər görülür.
Bu barədə Tehsil-press.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat verilib.
O, uşağı tanıyanlardan və görənlərdən dərhal polisə xəbər etmələrini xahiş edib.
Bununla yanaşı, sosial şəbəkələrdə və saytlarda yayılan fotonun Zəhra və onu qaçırdığı iddia edilən şəxsə aid olmadığını vurğulayıb.
***
Polisin apardığı operativ axtarış-əməliyyat tədbirləri nəticəsində Zəhra tapılıb. Hazırda uşaq polis bölməsindədir. Hadisənin təfərrüatları araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər