Təhsil İnstitutu Təhsil Nazirliyi və UNICEF ilə birgə cari ilin oktyabr ayından başlayaraq Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonlarında “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsi çərçivəsində məşğələlərə start verib.
II-VIII sinif şagirdlərinin cəlb olunduğu məşğələlərdə şagirdlər yaş/sinif səviyyəsi, tədris dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyacları nəzərə alınmaqla qruplaşdırılır. Tədris dili və riyaziyyat fənlərinə yönəlmiş məşğələlər şagirdlərdə funksional savadlılığın formalaşdırılmasına, onlarda oxuyub-anlama, yazı, hesablama vərdişlərinin təkmilləşdirilməsinə xidmət edir. Hər qrupda 10 şagirddən çox olmamaqla onların öyrənmə ehtiyaclarına uyğun 18 saatlıq məşğələlər təşkil olunur. Şagirdlərin seçimində sağlamlıq imkanları məhdud olan uşaqlar nəzərə alınır və onların layihəyə cəlb olunmasına üstünlük verilir. Həmçinin qruplarda gender bərabərliyi gözlənilir. Hazırda layihə üzrə 6 bölgənin 11 məktəbində ümumilikdə 505 şagirdə öyrənmə ehtiyaclarına uyğun məşğələlər keçirilir.
Məşğələdən öncə şagirdlərin bilik və bacarıqlarındakı boşluqlar müəyyən edilir və onların tədris maraqlarını ölçən sorğular aparılır. Məşğələlər tam bitdikdən sonra təkrar aparılan sorğularla nəticələr təhlil olunur, şagirdlərin öyrənməsindəki inkişaf dinamikası müəyyənləşdirilir. Bu, hər bir şagird haqqında təfsilatlı məlumat əldə etməyə və layihənin faydasını qiymətləndirməyə imkan yaradır.
Layihə 2022-ci ilin may ayının sonuna kimi davam edəcək.
Tehsil-press.az