Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.
Dəyişikliyə əsasən şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək. Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbə öz təhsilini xarici dövlətdə fərqli ixtisas üzrə davam etdirəcəyi təqdirdə diplomunun ölkə ərazisində tanınmasında problem yaranmayacaq.
Yeni yanaşmaya uyğun olaraq bu günədək yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilən qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.
Tehsil-press.az