Təhsildə keyfiyyət təminatı istiqamətində Rusiya təcrübəsi öyrənilib

Təhsildə keyfiyyət təminatı istiqamətində Rusiya təcrübəsi öyrənilib Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndə heyəti Rusiyanın Moskva şəhərində səfərdə olub.
Səfərin məqsədi tərəflər arasında təcrübə mübadiləsi, ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası və qiymətləndirilməsi prosesinin Rusiyada cari statusunun öyrənilməsi olub. Səfər çərçivəsində təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə əməkdaşlıq məsələsi, ali təhsilə aid kvalifikasiyaların tanınması sahəsində xarici dövlətlərin təcrübəsinin öyrənilməsi və tətbiqinin hüquqi əsaslarının müəyyən edilməsi də nəzərdə tutulub.
Nümayəndə heyəti Rusiya Federasiyasının Təhsilin Qiymətləndirilməsi üzrə Baş Dövlət Ekspert Mərkəzinin, Rusiya Federasiyası Xalqlar Dostluğu Universitetinin və Rusiyanın Akkreditasiya Agentliyinin nümayəndələri ilə görüşüb. Azərbaycan və Rusiya arasında kvalifikasiyaların tanınması sahəsində əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Əməkdaşlığın davam etdirilməsi istiqamətində yeni addımların atılması ilə bağlı müzakirələr aparılıb və təşkilatlar arasında yaxın gələcəkdə əməkdaşlıq münasibətləri qurulması mövzusu da öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər