Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Biznes Universiteti ilə əməkdaşlığa başlayıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Biznes Universiteti ilə əməkdaşlığa başlayıb Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Bakı Biznes Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən agentliyin peşəkar ekspertləri tərəfindən Bakı Biznes Universitetinin əməkdaşlarına xarici keyfiyyət təminatına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Bakı Biznes Universitetinin akademik və inzibati heyətinə yeni redaksiyada təsdiq olunmuş təhsil müəssisələrinin akkreditasiyası qaydalarına, akkreditasiya qiymətləndirilməsi üçün özünütəhlilin aparılması və hesabatın yazılmasına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək agentliyin fəaliyyət istiqamətlərindən biridir.

Tehsil-press.az


Oxşar xəbərlər