Avropa Milli Məlumat Mərkəzlərinin Şəbəkəsi (ENIC-NARIC) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tanınma üzrə ekspert qrupunun da iştirak etdiyi növbəti silsilə təlimlərə start verib.
Kvalifikasiyaların tanınması prosesində “əhəmiyyətli fərqlər”in müəyyənləşdirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində müxtəlif ölkələrin bu mövzuda tətbiq etdikləri yanaşmalar ilk vebinarın əsas müzakirə mövzusu olub.
Belə ki, interaktiv formada keçən görüşdə tanınma proseduru üzrə əhəmiyyətli fərqlərə dair müxtəlif suallar səsləndirilib və fikir mübadiləsi aparılıb. Başda İtaliya Respublikası və Niderland Krallığının nümayəndələri olmaqla vebinara qatılmış xarici dövlətlərin nümayəndələri “əhəmiyyətli fərq” anlayışı və bu anlayışın təfsirində yaranan fərqliliklərlə bağlı təqdimatlarla çıxış ediblər.
Vebinarda, həmçinin ikili dərəcə proqramları üzrə kvalifikasiyaların tanınması proseduru, o cümlədən müvafiq proqram üzrə qoyulan tələblər və təhsil sonunda tələbənin əldə etdiyi akademik və peşə hüquqları cəhətdən müxtəlif təhsil sistemlərində ortaya çıxan fərqliliklər müzakirə olunub.
Silsilə tədbirlərin cari ilin dekabr ayına kimi davam etməsi gözlənilir.
Tehsil-press.az